Ötən gün keçirilən "Şimal" - "Səbail" oyunu (0:0) qonaqlar üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, "dənizçilər" tarixinin 300-cü matçını keçirib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Əsası 2016-cı ildə qoyulan klub 2016/17 mövsümündə I Divizionda (indiki I Liqa), ardınca 8 mövsüm Premyer Liqada mübarizə aparıb. Cari mövsüm yenidən I liqada çıxış edən “Səbail” 9 dəfə ölkə kuboku uğrunda mübarizəyə qoşulub, 1 dəfə Avropa Liqasının iştirakçısı olub.
Paytaxt təmsilçisi bu müddətdə Premyer Liqada 240, I Liqada 30, ölkə kubokunda 28, Avropa Liqasında 2 matça çıxıb. “Səbail” 300 oyunda 87 qələbə qazanıb, 59 heç-heçə edib və 154 dəfə uduzub. Onlar bu görüşlərdə 347 qol vurub, 461 top buraxıb.