RU

“Məlhəm” Hospitaldan Pərvin Xəlilova ilə bağlı AÇIQLAMA

Məsələ ilə bağlı, Ajans.az  dərhal “ Məlhəm”  Beynəlxalq Hospitalına sorğu göndərib.  Klinikadan sorğumuza cavab olaraq bildirilib ki, hositalda doğuşu həyata keçirilmiş pasiyent Ağayeva (Məmmədova) Gülənay Akif qızının doğuşu ilə bağlı sözügedən sosial media vasitələrində məqalələrdə yazılanlar yalan olmaqla, həqiqəti əks etdirmir. Qeyd edilməlidir ki, yanlış və subyektiv mülahizələrə əsaslanan bu kimi yazılar hospitalın işgüzar nüfuzuna xələl gətirməklə çox təəssüf hissi ilə bildiririk ki, bu cür yazılar hətta ictimaiyyətin yanıldılmasına da səbəb olur.  Qeyd edilib ki, Gülənay Məmmədova 12.09.2023 cü il tarixdən hal hazıra kimi “Məlhəm Beynəlxalq Hospital” MMC-də tibb bacısı vəzifəsində işləyir. O, Hospitalın fəaliyyətindən, xüsusən də doğuş şöbəsinin fəaliyyətindən bilavasitə məlumatlı olmaqla yanaşı hospitalda fəaliyyət göstərən həkimlərin, hətta doğuşu həyata keçirən həkim Pərvin Xəlilovanın peşəkarlığına əmin olduğundan ilk övladının doğuşunu məhz Hospitalda həyata keçirmək qərarını vermişdir. Ağayeva (Məmmədova) Gülənay Akif qızı məsələ ilə əlaqədar hüquq mühafizə orqanlarına da müaraciət etmişdir. Bu səbəbdən də məsələ aidiyyatı hüquq mühafizə orqanları tərəfindən də araşdırılacaq. Lakin bu araşdırmanın nəticələrini gözləmədən onun yaxınları tərəfindən hospitalı günahlandıran məlumatların sosial media vasitəsilə yayılması nəinki, Məmmədova Gülənayın səhhəti ilə bağlı müayinə və instrumental müayinələrinin nəticəsində müəyyən edilən həqiqi hallarla, hətta qanunvericiliyin tələbi ilə də ziddiyyət təşkil edir.  Məmmədova Gülənay hamiləlik müddəti boyunca müayinələrdən keçmiş və heç bir patologiya aşkar edilməmişdir. Hamiləliyin 34-cü həftəsində müayinə zamanı uşağın göbək ciyəsinin boynuna 2 dəfə dolandığı müşahidə edilmişdir. Həmçinin müayinə zamanı dölün inkişafında, qan dövranında heç bir patoloji vəziyyət aşkarlanmamışdır. Hamiləliyin 37-ci həftəsində Ağayeva (Məmmədova) Gülənay Hospitala sancı ilə daxil olmuş və 20.09.2025-ci il tarixində saat 04:10 radələrində göbək ciyəsinin uşağın boynuna 2 dəfə dolanması,  1 həqiqi düyünlə doğuş baş vermişdir. Həkim tərəfindən Gülənay Məmmədovaya doğuşun təbii üsulla keçirələcəyi təqdirdə yenidoğulmuşun səhhətində ciddi fəsadların olacağı barədə dəfələrlə bildirilmiş və ona qeysəriyyə əməliyyatı təklif olunmuşdur. Lakin O, doğuşdan əvvəl, yəni 19.09.2025-ci il tarixində Hospitala sancı ilə müraciət etdiyi zaman yazılı surətdə qeysəriyyə əməliyyatından imtina etmişdir. Əlavə olaraq deyilib ki, uşaq ağır asfiksiyada doğulmuş, doğulan kimi ağlamamış və spontan tənəffüs qeyd olunmamışdır. Ambu kisəsi ilə ventilyasiya olunmasına baxmayaraq ÜVS-60 vur/dəq altında olduğu üçün körpə doğum zalında dərhal intübə olunmuş və ürəyin xarici masajı aparılmışdır. Doğum salonunda stabilizə edilən körpə dərhal reanimasiya şöbəsinə keçirilmiş və küvezə alınmışdır.Körpənin tənəffüsü süni tənəffüs aparatında SİMV rejimində idarə olunmuşdur. Aparılan müayinələr zamanı körpədə ağır hipoksik işemik ensefalopatiyaya bağlı korteksin və qabıqaltı nüvələrin zədələnməsi aşkarlanmışdır. Hal hazirda uşaq isidici masada cüzi O2 dəstəyi alır. Həyatı vacib orqanların monitorizasıyası aparılır. Göstəriciləri stabildir.
Klinikadan həkim, ginekoloq Pərvin Xəlilovanın iş fəaliyyəti haqqında da məlumat verilib. Həmin məlumatı sizə çatdırırıq:

Xəlilova Pərvin Rövşən qızı
______________
Təhsili:
•    1999 – 2005 – Nəriman Nərimanov adına Azərbaycan Tibb Universiteti, Müalicə işi ixtisası üzrə ali tibb təhsili almışdır.
•    01.08.2005 – 01.07.2006 – Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında internatura keçmişdir.
______________
Sertifikasiya:
•    2014 – 2019 – Mamalıq və Ginekologiya üzrə sertifikasiyadan keçmişdir.
•    26.10.2020 – Mamalıq və Ginekologiya üzrə növbəti sertifikasiyadan keçmişdir.
______________
Əmək fəaliyyəti:
1.    01.08.2005 – 30.06.2006 – Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Həkim-interna
2.    16.08.2006 – 02.10.2006 – İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Həkim
3.    02.10.2006 – 14.03.2009 – Eyni müəssisədə Həkim-Terapevt
4.    14.03.2009 – 18.03.2013 – Həkim-Mama-Ginekoloq
5.    18.03.2013 – 04.11.2015 – İsmayıllı RMX, Poliklinika şöbəsi – Həkim-Mama-Ginekoloq
6.    07.01.2016 – 01.11.2023 – International Medical Center – Həkim-Mama-Ginekoloq
7.    01.11.2023 – 13.08.2024 – International Medical Center – Tibb işləri üzrə direktor müavini
8.    21.08.2024 – hal-hazırda – Məlhəm Beynəlxalq Hospital – Həkim-Mama-Ginekoloq

Избранный
35
Ajans.az

1Источники