RU

Media: Vaşinqton Kiyevə kəşfiyyat dəstəyi göstərməkdə davam edir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

ABŞ Rusiya ərazisinə daha uzaqmənzilli və dəqiq zərbələr endirilməsi üçün Ukraynaya yeni kəşfiyyat məlumatları təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin mənbələrinə istinadla yaydığı məlumata görə, Vaşinqton Kiyevə kəşfiyyat dəstəyi göstərməyə davam edir.

“ABŞ Ukraynaya uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiyanın energetika infrastrukturu obyektlərinə zərbələr endirməyə imkan verəcək yeni kəşfiyyat məlumatları ötürəcək”, - deyə məlumatda bildirilir.

Lakin ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri “Tomahawk” qanadlı raketlərinin döyüş xəttində qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişəcəyinə əmin deyillər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
2
azertag.az

3Источники