Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Rəqabətdən söz açdıqda, əlbəttə ki, rəqabətlə birbaşa əlaqəli olan dövlət satınalmaları, keyfiyyət infrastrukturu, istehlakçı hüquqlarından da bəhs etməmək mümkün deyil".
Ölkə.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.
"Bu istiqamətlər üzrə fəaliyyəti təşkil edərkən dövlət büdcə vəsaitlərindən səmərəli istifadə, təchizatçıların dövlət satınalmalarına əlçatanlığı və iştirakçılığının artırılması, məhsul və xidmətlərə dair təhlükəsizlik tələblərinin dəqiq konturlarının müəyyən edilməsi, keyfiyyət infrastrukturunun inkişafının stimullaşdırılması, bir sözlə, iqtisadi subyektlər üçün əlverişli biznes şəraitinin yaradılması və istehlakçıların mənafelərinin qorunması prinsiplərini rəhbər tuturuq.
Sözügedən prinsiplər əsasında Agentliyin qarşıdakı dövr üçün strateji hədəfləri və inkişaf perspektivlərini bu şəkildə müəyyənləşdirmək olar:
Bazar subyektlərinin rəqabət tənzimləmələri haqqında məlumatlı olması və rəqabət qanunvericiliyinə uyğunluğun təmin edilməsi üçün mütəmadi maarifləndirmə işinin aparılması – Bu həm də pozuntu hallarının könüllü aradan qaldırılması üçün güclü motiv olacaqdır;
Dövlət satınalmalarında çoxiştirakçılığın təmin edilməsi yolu ilə biznes subyektlərinin gəlirliliyinin artırılması və iqtisadi diversifikasiyanın həyata keçirilməsi - Bu çərçivədə rəqabət orqanının əsas hədəflərindən biri də satınalmalarda rəqabət mühitinin təmin edilməsi yolu ilə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, sənayeləşmə səviyyəsinin yüksəldilməsi, yerli istehsalın təşviqi, kiçik və orta bizneslərin dəstəklənməsidir.İqtisadi təmərküzləşmələrin əsas iqtisadi artım drayverlərindən birinə çevrilməsinin təmin olunması - İqtisadi təmərküzləşmələr bir sıra hallarda kiçik biznes subyektləri, startaplar və bazara çıxışı məhdud olan təsərrüfat subyektləri üçün əsas investisiya mənbəyi olur. Bu çərçivədə rəqabət orqanının əsas tənzimləmə hədəfi təmərküzləşmələrin effektivliyinin artırılması və iqtisadi artımı dəstəkləyən təmərküzləşmələrə razılığın verilməsindən ibarətdir.
Təbii inhisar subyektlərinin hərəkətləri üzərində dövlət nəzarət tədbirlərinin həyata keçirilməsi, onların fəaliyyətinin qabaqlayıcı (ex-ante) tədbirlər çərçivəsində tənzimlənməsi - Burada əsas hədəflərdən biri təbii inhisar subyektlərinin xidmətlərinə əlçatanlığın təmin edilməsi, istehlakçı hüquqlarının qorunması və dinamik tənzimləmə mühitinin formalaşdırılmasıdır",- deyə o əlavə edib.
Billurə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.