RU

Elnur Bağırov: "Bu il haqsız rəqabətə yol verilməsi ilə bağlı 54 araşdırmaya başlanılıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2025-ci ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nəzərən bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi, eləcə də iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış müraciətlər 2 dəfəyədək, qanunsuz reklamların yayımı və təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılmış müraciətlər isə 20%-dək artıb".
Oxu.Az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, 83 təmərküzləşmə əməliyyatı araşdırılıb:
"Bütün bunlar rəqabət mühitində fəallığı və davamlı inkişaf dinamikasını nümayiş etdirir.
Bu il ərzində haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırmaya başlanılıb və 12 iş qaldırılıb".
Elnur Bağırov qeyd edib ki, görülən tədbirlərin bir məqsədi var: rəqabəti pozan davranışlardan çəkindirmək və rəqabət mədəniyyətinin təşəkkülünə nail olmaq:
"Məhz bunun nəticəsidir ki, 14 təsərrüfat subyekti aşkar olunmuş pozuntu hallarını könüllü aradan qaldırıb. Sahibkarlıq subyektlərinin bu addımı onların rəqabət mühitinə artan həssaslığının göstəricisidir".
Aygün Mirakif
Избранный
84
50
oxu.az

10Источники