RU

Merz Aİ vəsaitləri ilə dron divarı yaratmaq ideyasını tənqid edir  

Almaniya kansleri Fridrix Merz Kopenhagendə keçirilən müdafiə görüşündə Avropa fondları ilə "dron divarı"nın maliyyələşdirilməsi ideyasını kəskin tənqid edib...

Poliqon xəbər verir ki, Politico bu barədə mənbəyə istinadən yazıb.

İtaliya və Yunanıstan hökumətləri də açıq şəkildə layihəni bəyənməyiblər.

Sentyabr ayında Avropa Komissiyası Avropanın şərq sərhədlərinin pilotsuz uçuş aparatlarından qorunmasına kömək etmək üçün radarlar və ələ keçiricilər sisteminin yaradılması ilə bağlı fəal müzakirələri bərpa edib. AK prezidenti Ursula fon der Leyen çıxışlarının birində layihəni "dron divarı" adlandırıb.

Politico-nun məlumatına görə, Polşa və Baltikyanı ölkələr layihəni dəstəkləyir. Rusiya sərhədlərindən uzaq olan ölkələr onun zəruriliyini şübhə altına alır. "Dronlar və əks tədbirlər prioritetdir. Amma bizə aydın olmalıdır: Avropa üçün ideal divar yoxdur, biz 3000 kilometrlik sərhəddən danışırıq. Sizcə, bu, tamamilə həyata keçirilə bilərmi?", deyə Fransa prezidenti Emmanuel Makron bildirib.

İtaliyanın baş naziri Corcia Meloni bəyan edib ki, Avropanın müdafiə layihələri yalnız şərq cinahına deyil, bütün bloka fayda verməlidir. Finlandiyanın baş naziri Petteri Orpo həmrəyliyə çağıraraq cavab verib.

Sentyabrda Polşa və Rumıniya hakimiyyət orqanları rus pilotsuz təyyarələrinin onların hava məkanını pozduğunu bildirmişdilər. Danimarka və Norveç səlahiyyətliləri də naməlum dronların aşkar edildiyini bildiriblər.

Poliqon.info

Избранный
165
poliqon.info

1Источники