Bakı. Trend:
Beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə RusiyanınErmənistandan bir vasitə kimi istifadə etməsi beynəlxalq hüquqa tamzidd bir əməldir.
Trend xəbərverir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvüZaur İbrahimli “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimaiBirliyinin Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarınıniqtisadi təhlilinə dair brifinqdə deyib.
O qeyd edib ki, BMT Baş Assambleyasının müvafiq qətnamələribeynəlxalq hüquqa zidd hərəkətlərə görə dövlətlərin məsuliyyətinimüəyyən edir:
"Başqa dövlətin beynəlxalq hüquqazidd əməl törətməsinə şəraityaradan dövlət də beynəlxalq məsuliyyət daşıyır. Rusiya vəErmənistanın arasında baş verən bu hərəkətlərə məhz beynəlxalqhüququn müəyyən etdiyi bu prizmadan yanaşılmalıdır".
Z. İbrahimli xatırladıb ki, bir neçə dəfə Azərbaycan QHT-ləriRusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsasməsul qurumların rəhbərlərinə açıq məktublar ünvanlayaraq,Ermənistanın idxal-ixrac əməliyyatlarını təftiş etməyə çağırıb:
"Bu çağırışlarda Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonraCənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malikErmənistanın idxal-ixrac əməliyyatlarında iqtisadi potensialınauyğun olmayan dəyişikliklərin müşahidə edildiyi faktlarlagöstərilir".
Qeyd edək ki, Ermənistan Dövlət Statistika Komitəsinin vəbeynəlxalq qurumların açıqladığı məlumatlara görə, son 5 ildəErmənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyardABŞ dollarından 30,2 milyard ABŞ dollarına qədər böyüyüb. Əgər2021-ci ildə Ermənistan Rusiyadan cəmisi 1,8 milyard ABŞ dollarıhəcmində məhsul idxal etmişdirsə, 2024-cü ildə bu rəqəm 5,1 dəfə vəya 7,4 milyard ABŞ dolları artaraq 9,2 milyard ABŞ dolları təşkiledib, bunun da 6,9 milyard dolları və ya 75%-i sırf qiymətli və yayarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların payınadüşür.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinintəhlilləri üzə çıxarır ki, Ermənistanın Rusiyadan böyük həcmdəidxal etdiyi qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar buölkənin daxili təlabatı üçün deyil, üçüncü ölkələrə ixracüçündür.