"Qarabağ"lı futbolçunun qolu Çempionlar Liqasının ən yaxşısı seçilib
Musavat.com xəbər verir ki, "Qarabağ"ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu seçilib.
24 yaşlı hücumçu Çempionlar Liqasının 2-ci turunda Bakıda Danimarkanın “Kopenhagen” komandası ilə oyunda qol vurub. Qarşılaşma “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdamlıların ikinci qolu isə 84-cü dəqiqədə Addai vurub.
Musavat.com