RU

“Qarabağ”ın futbolçusu Erlinq Holannı geridə qoyaraq həftənin ən yaxşısı seçildi

BAKI, 3 oktyabr. TELEQRAF

"Qarabağ"ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, ümumi səsvermə əsasında təyin edilib.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri II turun matçında fərqlənərək "köhlən atlar"ın ikinci qoluna imza atıb.

İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holann, "Monako"dan Cordan Teze, Niderland təmsilçisi PSG-dən İsmael Saibarinin qolu da “ən yaxşı”ya namizəd idi. Lakin səsvermələrin nəticəsində onlar Addaidən daha aşağı xal toplayıb.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda Danimarka "Kopenhagen"ini 2:0 hesabı ilə məğlub edib.

Избранный
48
teleqraf.com

1Источники