RU

"Telegram" Qazaxıstanda süni intellekt laboratoriyası yaradır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Telegram" Qazaxıstanda superkompüterdə süni intellekt (AI) və blokçeynlə bağlı layihəni işə salacaq.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə "Telegram"ın həmtəsisçisi Pavel Durov Astanada "Digital Bridge" forumunun plenar sessiyasında çıxışı zamanı məlumat verib.
"Mən çox qürur duyuram ki, bu gün məhz bu binada, "Alem.AI"da (plenar sessiyanın keçirildiyi Astanada süni intellekt mərkəzinin binası - red.) süni intellekt laboratoriyasının açılışını elan edə bilirəm. İlk layihə "Telegram" və Qazaxıstandakı superkompüter klasteri arasında kolloborasiya layihəsi olacaq. Layihə burada, Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən işə salınacaq", - deyə o bildirib.
Durov qeyd edib ki, son bir neçə ay ərzində "Telegram" yeni texnologiya - blokçeyn və süni intellektin kəsişməsi üzərində işləyib.
"Bu texnologiya bir milyarddan çox insana qeyri-mərkəzləşdirilmiş kompüter sistemində yaradılacaq süni intellekt funksiyalarından özəl, şəffaf şəkildə istifadə etməyə imkan verəcək. "Telegram"ın bir milyarddan çox istifadəçisi var və mesencerin daxilindəki mini tətbiqlər bu texnologiyanın ilk istifadəçiləri olacaq", - deyə o əlavə edib.
Избранный
33
oxu.az

1Источники