ain.az bildirir, Apa.az portalına istinadən.
Slovakiya ABŞ-dan aldığı 14 “F-16 Block 70” tipli döyüş təyyarəsindən yeddisini təhvil alıb.
APA xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat verib.
Məlumata görə oktyabrın 2-də axşam Slovakiyanın qərbindəki Kuhine hərbi aerodromuna biri tək və biri iki yerlik olan iki ədəd “F-16 Block 70” qırıcı təyyarəsi eniş edib.
Hazırda təyyarə texniki qəbuldan keçir və bundan sonra agentliyin məlumatına görə, onlar təlim uçuşlarına başlayacaqlar.
Qeyd edək ki, Slovakiya 2018-ci ilin sonunda 14 ədəd “F-16 Block 70” döyüş təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.