RU

UEFA Konfrans Liqası: "Samsunspor" və "Şaxtyor" ilk turu qələbə ilə başa vurdular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Konfrans Liqasının Liqa mərhələsinin ilk turunun oyunları baş tutub.
Oxu.Az xəbər verir ki, ilk turda daha doqquz matç keçirilib.
Maraqla gözlənilən oyunlardan birində "Legiya Varşava" (Polşa) "Samsunspor" (Türkiyə) komandaları üz-üzə gəliblər. Türkiyə təmsilçisi görüşdən 0:1 hesablı qələbə ilə ayrılaraq azarkeşlərini sevindirib. Yeganə qolu Entoni Musaba vurub.
Turun Aberdin" (Şotlandiya) - "Şaxtyor Donetsk" (Ukrayna) görüşü gərgin mübarizə şəraitində keçib. Beş qolun vurulduğu oyunda Ukrayna təmsilçisi 2:3 hesabı ilə qalib gəlib.
Turun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
"AEK Larnaka" (Kipr) - "AZ Alkmaar" (Niderland) - 4:0;
"Selye" (Sloveniya) - "AEK Afina" (Yunanıstan) - 3:1;
"Slovan Bratislava" (Slovakiya) - "Strasburq" (Fransa) - 1:2;
"Fiorentina" (İtaliya) - "Siqma Olomouts" (Çexiya) - 2:0;
"Rakuv" (Polşa) - "Universitatya Krayova" (Rumıniya) - 2:0;
"Şelburn" (İrlandiya) - "Hekken" (İsveç) - 0:0;
"Sparta Praqa" (Çexiya) - "Şemrok Rovers" (İrlandiya) - 4:1.
Избранный
76
1
oxu.az

2Источники