RU

Rusiyanın hücumu dünya miqyasında narahatlıq yaratdı: Nüvə böhranının astanasından dönüldü

Rusiyanın hücumu nəticəsində Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisi üç saatdan çox müddətə kəsilib.

News24.az xəbər verir ki, hadisə zamanı radiasiyadan mühafizə sistemləri sıradan çıxıb və potensial böyük nüvə fəlakəti riski yaranıb.

Generatorların işə salınması ilə nəzarət sistemi qismən bərpa edilib və böhranın daha da dərinləşməsinin qarşısı alınıb. 1986-cı il faciəsindən sonra stansiyanı əhatə edən “metal tabut” adlanan xüsusi qoruyucu qalxan radiasiyanın yayılmasını əngəlləyir. Qalxan elektrik enerjisi ilə işləyən filtrləmə sistemlərinə bağlıdır.

Buna baxmayaraq, Rusiya artilleriya atəşi ilə bölgədəki elektrik infrastrukturunu hədəf alaraq transformatorları sıradan çıxarıb. Nəticədə, qalxanın qoruyucu sistemləri üç saatdan artıq müddətdə fəaliyyət göstərməyib.

Birləşmiş Millətlər Təşkilatının Nüvə Nəzarət Agentliyi açıqlayıb ki, qoruyucu quruluş bir müddət elektrik enerjisiz qalıb, lakin fövqəladə generatorların işə salınması ilə vəziyyət müvəqqəti nəzarət altına alınıb.

Aqil Qarayev

Избранный
131
1
news24.az

2Источники