RU

Qabriel Xesus “Arsenal”dan ayrıla bilər

“Arsenal” klubunun hücumçusu Qabriel Xesus yanvar ayında komandadan ayrıla bilər.

90deqiqe.Az-ın "Transfer News Live"yə istinadən məlumatına görə, braziliyalı futbolçu növbəti zədədən sonra əsas heyətə düşməkdə çətinlik çəkə bilər və klub onun üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.

 London klubu Xesus üçün təxminən 34,5 milyon avro tələb edir. “Milan” transferə maraq göstərsə də, qiyməti yüksək hesab edir, “Everton” isə bu vəziyyəti izləyir.

Transfermarkt portalı 28 yaşlı futbolçunun bazar dəyərini 32 milyon avro qiymətləndirir. Jesusun mövcud müqaviləsi 2027-ci ilə qədər etibarlıdır.

Избранный
48
90deqiqe.az

1Источники