BAKI, 2 oktyabr. TELEQRAF
"Uzaq mənzilli "Tomaqavk" raketləri müasir silah olmasa da, hələ də kifayət qədər güclüdür".
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasının plenar iclasında çıxışı zamanı deyib .
Putin qeyd edib ki, “Tomaqavk” raketlərinin Ukrayna ordusuna mümkün tədarükü Moskva və Vaşinqton arasında münasibətlərə xələl gətirəcək, çünki bu raketlərin Amerika hərbçilərinin iştirakı olmadan istifadəsi mümkün deyil: "Hətta "Tomaqavklar"ın Kiyevə çatdırılması belə, xüsusi əməliyyat zonasında döyüş meydanında vəziyyəti dəyişməyəcək".