Böyük Britaniyanın Baş naziri Kir Starmer Mançesterdə sinaqoqa hücumdan sonra Avropanın Siyasi Birliyi sammitinin keçirildiyi Kopenhagendən Londona qayıdıb.
Leqal.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata əsasən, o, bu gün hökumətin fövqəladə komitəsinin iclasını keçirəcək.
Baş nazirin bəyanatında onun sinaqoqa hücumdan şokda olduğunu bildirilir.
“Bu hadisənin Yom Kipurda — yəhudi təqviminin ən müqəddəs günündə baş verməsi onu daha da dəhşətli edir. Düşüncələrim bütün zərərçəkənlərin yaxınları ilədir, fövqəladə yardım xidmətlərinə və hadisə yerinə ilk çatanlara təşəkkür edirəm”, - Starmer qeyd edib.
Starmer həmçinin bildirib ki, Mançesterdəki hücumdan sonra ölkə üzrə sinaqoqlara əlavə polis qüvvələri göndəriləcək.
“Biz yəhudi icmamızın təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - Baş nazir vurğulayıb.
Məlumata əsasən, Mançesterdəki sinaqoqa hücum nəticəsində iki nəfər həlak olub.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта