RU

Şayiələrə birdəfəlik son qoydu

Vilyam Saliba özü ilə bağlı uzun müddət gəzən şayiələrə son qoyub.

"Football-plus.az" xəbər verir ki, o, “Arsenal”la müqaviləsini yeniləyib. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Fransa millisinin üzvünün yeni müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.

24 yaşlı mərkəz müdafiəçisinin adı son aylar “Real”la birlikdə hallanırdı. Vilyam bu mövsüm London klubunda 6 matça çıxıb və 1 məhsuldar ötürmə edib.

Избранный
58
1
football-plus.az

2Источники