RU

ÜST dən xəbərdarlıq: Səssiz pandemiya milyonlarla insanın həyatına son qoyur

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Antibiotiklərə davamlı bakteriyaların sürətlə yayılması səbəbindən hər il yüz minlərlə insan dünyasını dəyişir. Yeni antibiotiklərin hazırlanması isə super bakteriyaların artım sürətinə uyğun gəlmir. 

Qaynarinfo "The Telegraph"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında məlumat verilir.

Məlumata görə, 2023-cü illə müqayisədə hazırda klinik sınaqlarda olan antibakterial preparatların sayı 97-dən 90-a enib. Bu siyahıya həm yeni dərmanlar, həm də alternativ üsullar – məsələn, faq terapiyası daxildir. Lakin bəzi preparatlar sınaqlardan çıxarılıb, çünki yetərli təsir göstərməyiblər.

Mütəxəssislər bildirirlər ki, antimikrob davamlılıq əsasən antibiotiklərin həddindən artıq istifadəsi nəticəsində yaranır. Bu halda patogenlər müalicəyə qarşı dayanıqlı olur və infeksiyaların sağaldılması çətinləşir, hətta mümkünsüz hala gəlir.

Böyük Britaniyada ən çox yayılan davamlı bakteriya metisillin-davamlı qızılı stafilokok (MRSA) hesab olunur. 2021-ci ildə bu bakteriya ölkədə 130 min ölümə səbəb olub ki, bu da 1990-cı illə müqayisədə iki dəfə çoxdur.

Hazırda sınaqlarda olan 90 potensial dərmandan yalnız 15-i "innovativ" hesab olunur, yəni tamamilə yeni preparatlardır. Digərləri isə mövcud antibiotiklərin dəyişdirilmiş və ya birləşdirilmiş formalarıdır. ÜST-ün hesabatında deyilir: "Dərman istehsalı ikiqat böhranla üz-üzədir — yeni preparatların çatışmazlığı və innovasiyaların zəifliyi".

Mütəxəssislərin fikrincə, süni intellekt antibiotiklərin hazırlanmasında dönüş yarada bilər. Avqust ayında Massaçusets Texnologiya İnstitutunun alimləri generativ süni intellekt vasitəsilə qonoreya və MRSA-ya qarşı iki yeni antibiotik hazırlayıb. Amma maliyyə çatışmazlığı səbəbindən onların klinik sınaqlara çıxarılması çətinləşir.

ÜST əlavə edir ki, tədqiqatlarda ciddi boşluqlar var. Xüsusən də uşaqlar üçün yeni antibiotiklərə və yüngül infeksiyalar üçün ağızdan qəbul edilən preparatlara ehtiyac böyükdür. Çünki "E. coli" kimi bakteriyalar ciddi və sağalması çətin sidik yolları infeksiyalarına səbəb ola bilir.

2024-cü ildə ÜST artıq 24 "prioritet" bakteriya siyahısını açıqlamışdı ki, onlar penicillin, vankomisin və ampisillin kimi antibiotiklərə qarşı davamlılıq qazanıblar. Təşkilat dövlətləri və özəl sektoru antibiotik istehsalının "dağılmış bazarı"nı bərpa etməyə çağırır.

Britaniyalı iqtisadçı lord Cim O’Nil isə bildirib: "Təəccüblü deyil, amma narahatedicidir ki, böyük farmasevtik şirkətlər hələ də yeni antibiotiklər yaratmaq üçün kifayət qədər stimul görmürlər".

Artıq "səssiz pandemiya" adlandırılan bu problem hər il 1 milyondan çox insanın ölümünə səbəb olur. Proqnozlara görə, 2050-ci ilə qədər bu rəqəm 1,9 milyona çata bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
qaynarinfo.az

1Источники