RU

Türkiyə 20 İran vətəndaşına sanksiya tətbiq edib

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

İrana qarşı beynəlxalq sanksiyalar bərpa olunduqdan sonra Türkiyə 20 iranlı şəxsə sanksiya tətbiq edib.

AzPost bildiir ki, bu barədə “Mehr” Agentliyi məlumat yayıb.

Türkiyə həmçinin İranın 18 qurumunun aktivlərini, bank hesablarını dondurub və əmlakına həbs qoyub.

Bunlara həmçinin İranın Atom Enerjisi Təşkilatı və SEPAH Bank kimi qurumlar daxildir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaları təsdiqləyib. Türkiyənin tətbiq etdiyi məhdudiyyətlər də bu qərara əsaslanır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
1
azpost.info

2Источники