RU

Bu şəxslər 1500 manat cərimələnə bilər

Sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Burada fikir mübadiləsi aparmaq, məlumat paylaşmaq azadlığı olsa da, heç kəs unutmamalıdır ki, virtual məkanda yazılan söz də real həyatda deyilən söz qədər məsuliyyət tələb edir. Bəzən sosial şəbəkələrdə təhqir və böhtan xarakterli paylaşımlar edilir ki, bu da hüquqi nəticələrə səbəb ola bilər. Hüquqşünas Babək Həmidov Metbuat.az-a açıqlamasında bildirib ki, əgər bir şəxs sosial şəbəkədə digər insanlar haqqında təhqiredici və ya böhtan xarakterli məlumatlar paylaşırsa, o, Cinayət Məcəlləsinin müvafiq təhqir və böhtan maddələri ilə məsuliyyətə cəlb oluna bilər: “Təhqirə məruz qaldığını və ya barəsində böhtan atıldığını düşünən şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Bunun üçün həmin şəxs qarşı tərəfin daimi qeydiyyatda olduğu ünvana uyğun məhkəməyə müraciət etməlidir. Məhkəmə bu zaman təqdim edilən təhqiredici və ya böhtan xarakterli paylaşımları araşdırır. Əgər həmin paylaşımlarda cinayət tərkibi müəyyən olunarsa, məhkəmə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzanı tətbiq edə bilər”.Qeydedək ki, mediada və ya internetdə şəxsin şərəf və ləyaqətini nalayiq şəkildə qəsdən alçaltmaq 1000–1500 manat məbləğində cərimə, 240–480 saat ictimai iş, bir ilədək islah işi və ya altı ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
70
metbuat.az

1Источники