RU

Kobaxidze: Azərbaycanla münasibətlərimizi inkişaf etdirməliyik

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gürcüstan Azərbaycanla münasibətləri inkişaf etdirməlidir.

"Report"un məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kopenhagendə azərbaycanlı jurnalistlərə bildirib.

"Biz qonşularımızla, o cümlədən Azərbaycanla çox yaxşı münasibətlərimizin olmasından məmnunuq. Biz bunu qoruyub saxlamalı və inkişaf etdirməliyik. Strateji tərəfdaşlıq və gözəl münasibətlər son dərəcə vacibdir", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Kopenhagendəki görüş çərçivəsində həmkarları ilə də çox yaxşı danışıqlar aparıb.

"Biz bölgəmizdə sülhün təşviqi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Biz Cənubi Qafqaz regionundakı missiyamızı məhz belə görürük", - İ.Kobaxidze vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
59
6
bizimyol.info

7Источники