RU

Rusiya Ukraynadan 185 hərbçisini və 20 mülki şəxsi geri qaytarıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Moskva, 2 oktyabr, AZƏRTAC

Rusiya Ukraynadan 185 hərbçisini və 20 mülki vətəndaşını geri qaytarıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri qarşı tərəfə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi mübadilənin cari ilin 23 iyulunda İstanbulda əldə olunmuş Rusiya–Ukrayna razılaşmaları əsasında həyata keçirildiyini bildirib.

Geri qaytarılan Rusiya hərbçiləri və mülki şəxslər hazırda Belarus ərazisindədir, onlara zəruri tibbi və psixoloji yardım göstərilir. Onların yaxın vaxtlarda Rusiyaya gətirilmələri, xüsusi ixtisaslaşdırılmış tibb müəssisələrində müalicə və reabilitasiya kursu keçmələri nəzərdə tutulur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
5
azertag.az

7Источники