Oktyabrın 31-də, saat 11:00-da "Yevlax-Yun" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq müəssisənin yerləşdiyi Yevlax şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin əmlakının özgəninkiləşdirilməsi və təşkilati məsələlər daxildir.
Xatırladaq ki, "Yevlax-Yun" 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 287 min manatdır.