RU

İranda bir neçə xristiana ağır həbs cəzası verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tehranın Apellyasiya Məhkəməsinin 26-cı bölməsi İranda xristianlığı qəbul etmiş beş nəfərə qarşı çıxarılmış 41 il 10 aylıq həbs qərarını qüvvədə saxlayıb.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bununla bağlı, İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA məlumat yayıb.
Məhkumlar daha əvvəl Vəramin şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsi tərəfindən "İslam şəriətinə zidd təbliğat", "dövlətə qarşı təbliğat fəaliyyəti" və "İranın ali rəhbərini təhqir etmək" kimi ittihamlarla günahlandırılıb.
Qərarın qüvvədə saxlanılması, İranda din azadlığı ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib. ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası da bir müddət əvvəl yaydığı hesabatda, İranda xristianlara qarşı təzyiqlərin artdığını qeyd edib.
Komissiyanın məlumatına görə, yalnız ötən il ölkədə 96 xristiana ümumilikdə 260 ildən çox həbs cəzası verilib.
Избранный
26
1
oxu.az

2Источники