RU

Nihat Kahveci “Qarabağ”ın qələbəsi barədə: “Qardaşlarımıza bravo!” VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Türkiyə milli komandasının sabiq hücumçusu Nihat Kahveci Bakıdakı Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Azərbaycan “Qarabağ”ının Danimarka “Kopenhagen”ini 2:0 hesabı ilə məğlub etdiyi matçı şərh edib.Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Haber Global” telekanalında yer alıb.“Qalatasaray”la yanaşı “Qarabağ’ın qələbəsinə də sevinirəm. “Kopenhagen” üzərində inamlı qələbə, meydanda üstünlük, dirəyə dəyən zərbə… İki turdan sonra altı xal və Avropa futbolunun nəhəngləri ilə turnir cədvəlində qonşuluq. Qardaşlarımıza bravo! Bu inanılmaz başlanğıcdır.Play-off mərhələsinə çıxmaq üçün yaxşı şanslar var. Belə büdcə ilə Çempionlar Liqasına belə başlamaq tarixi bir hadisədir. Bu uğurlar asan əldə olunmur,” – Kahveci bildirib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
bizim.media

10Источники