RU

Azərbaycan Ordusu ilə bağlı vacib xəbər: Oktyabrın 25-dək...

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursuna sənəd qəbulu oktyabrın 25-dək davam edəcək. Namizədlər sənədlərini həm elektron qaydada, həm də regional sənəd qəbulu mərkəzlərinə təqdim edə bilərlər.

Yenisabah.az xəbər verir ki, qəbul prosesi Gəncə şəhərində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində (Ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56) və Bakı şəhərində Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) aparılır.

Kursa ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman rütbəsi olanlar istisna olmaqla) qəbul edilirlər. Həmçinin, xidmətini başa vurduğuna və ya ştat ixtisarına görə ehtiyata buraxılmış 40 yaşınadək hərbi vəzifəlilər, eləcə də 30 yaşınadək qadın vətəndaşlar müraciət edə bilərlər. pizza mizza

Namizədlər ərizə, anket, tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi, hərbi bilet, təhsil sənədi, yaşayış yeri və ailə tərkibi haqqında arayış, tibbi arayışlar, fotoşəkillər və digər zəruri sənədləri təqdim etməlidirlər.

Elektron qaydada müraciət etmək istəyənlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat üçün Milli Müdafiə Universitetinin rəsmi veb saytına müraciət etmək və ya Çağrı mərkəzi – *0811 nömrəsi ilə (iş günlərində saat 09:00-dan 17:30-dək) əlaqə saxlamaq mümkündür.

 


Telegram kanalımız
Избранный
60
yenisabah.az

1Источники