RU

“OpenAI” dünyanın ən dəyərli özəl şirkəti oldu


Süni intellekt şirkəti “OpenAI” ikinci dərəcəli səhm satışını başa vurub və satışdan sonra şirkət 500 milyard dollar dəyərində qiymətləndirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNBC xəbər yayıb.
Bildirilir ki, şirkətin işçilərinə iki ildən çox saxladıqları səhmləri satmaq icazəsi verilib. Nəticədə 6,6 milyard dollar dəyərində səhmlər satılıb. Satış limiti isə 10,3 milyard dollar olub. Səhmləri “Thrive Capital”, “SoftBank”, “Dragoneer Investment Group”, MGX və “T. Rowe Price” kimi iri investorlar alıblar.
Qeyd olunur ki, bu ilin aprelində “OpenAI” 300 milyard dollar qiymətləndirilib. İndi isə şirkət “SpaceX”i də qabaqlayaraq dünyanın ən dəyərli özəl şirkəti olub. “SpaceX”in dəyəri 456 milyard dollar olub. “OpenAI”ın hazırda ən məşhur məhsulu ChatGPT hesab olunur.

Elnur Əli
Избранный
18
yeniavaz.com

1Источники