RU

Abdullah Zubir: "Çox çətin oyun keçdi, amma qələbə qazandıq"

"Çox çətin oyun keçdi, amma qələbə qazandıq".

Operativ Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen" üzərində qazanılan qələbədən sonra verdiyi açıqlamada deyib.

O, rəqibin əks hücumlarının təhlükəli olduğunu qeyd edib.

"Çox çətin oyun keçdi. Yaxşı komandaya qarşı oynadıq. İki fərqli hissə izlədik. İlk hissədə nəzarəti ələ aldıq və qol vurduq. İkinci yarı isə tamamilə fərqli keçdi. Çox əziyyət çəkdik, amma sonra ikinci qolu vurduq. Rəqib əks-hücumlarda təhlükəli idi. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq", – deyə Zubir bildirib.

Futbolçu qarşıdakı "Atletik Bilbao" matçına da münasibət bildirib:

"Onunla bağlı düşünmək üçün hələ tezdir. Hazırda bu qələbədən həzz alırıq. Düşünürəm ki, biz böyük komandalarla oynamağa hazırıq. Növbəti qarşılaşmaya fokuslanacağıq. Oyundan-oyuna daha yaxşı çıxış edib xal qazanmağa çalışırıq. Bu, futboldur – hər şey ola bilər. Amma hazırda bütün diqqətimizi yaxşı nəticələr əldə etməyə yönəltmişik. Çempionlar Liqasında çox böyük komandalar var. Biz sadəcə işimizi görüb xallar toplamağa çalışacağıq".

Избранный
23
operativmedia.az

1Источники