RU

Füzuli Dövlət Dram Teatrının direktorunun oğlu: Atama verilən 72 saatlıq vaxt tamam olub

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Atama verilən 72 saatlıq vaxt tamam olub, hazırda cavab gözləyirik".

Bunu Oxu.Az-a açıqlamasında Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin oğlu Səbuhi Vaqifoğlu deyib.

"Az da olsa, müəyyən müsbət irəliləyiş var. Bu gün oyandırmağa çalışırlar, görək necə reaksiya verəcək. İnfeksion göstəricilərində də düşmə var. Xeyirlisi Allahdan, gözləyək, görək necə olacaq", - deyə S.Vaqifoğlu bildirib.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bir neçə gün əvvəl səhhətində yaranan problemlə bağlı şəhər klinikalarının birində Reanimasiya şöbəsinə yerləşdirilib.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
oxu.az

1Источники