RU

Yevlax Yun Zavodunun əmlakı özgəninkiləşdiriləcək

BAKI, 2 oktyabr. TELEQRAF

Oktyabrın 31-də, saat 11:00-da "Yevlax-Yun" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Teleqraf xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Yevlax şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin əmlakının özgəninkiləşdirilməsi və təşkilati məsələlər daxildir.

Qeyd edək ki, "Yevlax-Yun" 2004-cü ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 287 min manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Eyvaz Məhəmməd oğludur.

Избранный
32
3
teleqraf.com

4Источники