RU

Avropa Parlamentində Özbəkistanla bağlı məsələlər müzakirə olundu

BAKI, 2 oktyabr. TELEQRAF

Avropa Parlamentində “Özbəkistan və Avropa İttifaqı: demokratik islahatların və gender bərabərliyinin təşviqində parlamentlərarası dialoqun rolu” mövzusunda dəyirmi masa keçirilib.

Teleqraf xəbər verir ki, Özbəkistan Senatının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Kutbiddin Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Çıxış edənlər Özbəkistan ilə Avropa İttifaqı arasında əlaqələrin son illər sürətlə inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd ediblər. Bu prosesdə parlamentlərarası dialoqun mühüm rol oynadığı, qanunvericilik sahəsində təcrübə mübadiləsinə, islahatların dəstəklənməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Dəyirmi masada insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin, gənclər siyasətinin dəstəklənməsi, qadınların ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub.

Özbəkistanda 2030-cu ilə qədər gender bərabərliyi strategiyasının qəbul edildiyi, qadınların siyasi-iqtisadi-sosial həyatda rolunun artdığı bildirilib. Parlamentdə, idarəçilikdə, təhsildə, sahibkarlıqda qadınların fəallığı nümunə göstərilib.

Избранный
107
teleqraf.com

1Источники