RU

Müller ən çox mükafat alan alman futbolçusu oldu

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Kanadanın “Vankuver Uaytkeps” klubunun yarımmüdafiəçisi Tomas Müller ən çox mükafat alan alman futbolçular arasında rekorda imza atıb.

Yeniavaz.com xəbər verir ki, ötən gecə o, “Vankuver Uaytkeps” finalda “Vankuveri” məğlub etdikdən sonra (4-2) Kanada çempionu olub.

Bu, 36 yaşlı Müllerin karyerasında 35-ci titul olub.

Bundan əvvəl Müller 2024-cü il Avropa çempionatından sonra karyerasını başa vuran Toni Kroosla (34) ən çox mükafat alan alman futbolçuları siyahısında birinci yeri bölüşüb.

Avqust ayından Kanada klubunda çıxış edən Müller cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

Bundan əvvəl isə alman futbolçu Almaniyanın “Bavariya” klubunda çıxış edib.

Qeyd edək ki, Müller 13 Bundesliqa titulunu qazanıb ki, bu da turnir üçün rekorddur. O, həmçinin səkkiz dəfə Almaniya Superkubokunu, altı dəfə Almaniya Kubokunu, Çempionlar Liqasını, Klublararası Dünya Çempionatını və iki dəfə UEFA Super Kubokunu qazanıb.

Müller həmçinin Almaniya millisi ilə 2014-cü ildə dünya çempionatının qalibi olub.

Xatırladaq ki, ilk hissədə Müller penaltini dəqiq yerinə yetirib və məhsuldar ötürmə edib. O, 79-cu dəqiqədə meydanı tərk edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
yeniavaz.com

3Источники