RU

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Biləsuvar Günəş Elektrik Stansiyasının ilk panelinin quraşdırılması Azərbaycanın enerji sisteminin transformasiyası baxımından çox əhəmiyyətli bir nailiyyətdir.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Masdar” şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli bildirib.

"Bu gün biz burada Biləsuvar layihəsi çərçivəsində 445 meqavat gücündə stansiyanın ilk panelinin quraşdırılmasını qeyd etmək üçün toplaşmışıq. Bu, layihə üçün çox mühüm bir mərhələdir", - Əbdüləziz Alobaidli qeyd edib.

O Azərbaycan hökumətinə, Energetika Nazirliyinə və digər nazirliklərə, həmçinin “Azərenerji”yə bizə verdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkürünü bildiriri: "Onların dəstəyi ilə Azərbaycan üçün çox mühüm və unikal bir layihəni reallaşdırırıq".

"Qeyd edim ki, bu Masdar şirkətinin Azərbaycandakı ilk layihəsi deyil. Biz artıq Qaradağda bir layihəni uğurla həyata keçirmişik və həmin stansiya iki ildir ki, fəaliyyət göstərir. Bu isə bizim ikinci layihəmizdir. Bundan əlavə, yaxın illərdə icra edəcəyimiz daha iki layihə üzrə də müqavilə imzalamışıq", - Əbdüləziz Alobaidli bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
apa.az

2Источники