RU

Vyetnamda qasırğa qurbanlarının sayı 34 nəfərə çatıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Vyetnamda daşqın və torpaq sürüşməsi ilə nəticələnən “Bualoy” qasırğası 34 nəfərin ölümünə, 140 nəfərin yaralanmasına səbəb olub.

AZƏTAC xəbər verir ki, Vyetnamın VNA informasiya agentliyinin məlumatına görə, daha 20 nəfər hələ də itkin düşmüş sayılır. Təbii fəlakət infrastruktura ciddi ziyan vurub. Təxminən 155 min evə zərər dəyib, 2.7 milyona yaxın ev təsərrüfatı işıqsız qalıb, 3 mindən çox yol bağlanıb, 34 min hektardan çox çəltik və digər əkin sahələri məhv olub.

İlkin hesablamalara görə, qasırğanın Vyetnama vurduğu iqtisadi zərər 8,78 trilyon donq (təxminən 333 milyon dollar) təşkil edir.

“Bualoy” bu il Şərq dənizi sahillərini vuran onuncu qasırğadır.

Избранный
24
1
azertag.az

2Источники