RU

III MDB Oyunları: Çövkən yarışında bütün yarımfinalçılar müəyyənləşdi

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən üzrə yarışda bütün yarımfinalçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, günün ilk matçında Küveyti 2:0 hesabı ilə üstəyən Qırğızıstan yığması növbəti mərhələyə adlayıb.

B qrupunda isə Türkiyə yığması Qazaxıstanla qarşılaşıb. Üç cavabsız qolla qalib gələn orta asiyalılar yarımfinala yüksəlib.

Daha əvvəl Azərbaycan və Özbəkistan yığmaları bu mərhələyə vəsiqə qazanmışdı.

Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.

Избранный
78
4
fanat.az

5Источники