RU

Biləsuvar GES-in birinci panelinin quraşdırılması mərasimi keçirilir (FOTO)

Biləsuvar. Trend:

Biləsuvar rayonunda inşa edilən 445 MVt gücümdə Günəş ElektrikStansiyasında birinci panelin quraşdırılması nərasimikeçirilir.

Trend-insözügedən rayona ezam olunmuş müxbiri xəbər verir ki, tədbirdədövlət qurumlarının, beynəlxalq şirkətlərin və yerli icrahakimiyyətinin nümayəndələri iştirak edirlər.

Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıFaiq Qurbanov, “AREA”nın direktoru Cavid Abdullayev, “Azərenerji”ASC-nin sədr müavini Rüstəm Qasımov, “Masdar” şirkətinin başəməliyyat direktoru Əbdüləziz Alobaidli, "SOCAR Green"nin Başdirektoru Elmir Musayev çıxış edəcəklər.

Rəsmi çıxışlardan sonra VIP qonaqlar simvolik olaraq günəşpanelinin quraşdırılmasında iştirak edəcək və xatirəvi panelləriimzalayacaqlar.

Mərasim çərçivəsində açıq sahədə quraşdırılmış iki xatirəvigünəş paneli nümayiş etdiriləcək. Panellər VIP qonaqlar tərəfindənimzalanacaq, ümumi şəkillər çəkiləcək.

Tədbirdə Energetika Nazirliyi, “AREA”, “Azərenerji” ASC, SOCARGreen, Masdar şirkətinin rəhbərləri və nümayəndələri, eləcə dəBiləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirakedəcəklər.

Qeyd edək ki, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-dəÇinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrikenerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılmasınəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panellərimərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxluizləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonrapanellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraqhəyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsiplanlaşdırılır.

Biləsuvar
Biləsuvar
Biləsuvar
Избранный
43
8
az.trend.az

10Источники