RU

MDB Oyunları: Çövkən yarışlarında bütün yarımfinalçılar bəlli olub

ain.az bildirir, Azertag portalına istinadən.

Qəbələ, 2 oktyabr, AZƏRTAC

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən üzrə daha bir oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, B qrupunda Türkiyə yığması Qazaxıstanla qarşılaşıb. Üç cavabsız qolla qalib gələn Qazaxıstan millisi yarımfinala yüksəlib.

Günün ilk matçında Küveyti 2:0 hesabı ilə üstəyən Qırğızıstan yığması da növbəti mərhələyə adlayıb.

Bununla da çövkən yarışlarında bütün yarımfinalçılar bəlli olub. Daha əvvəl Azərbaycan və Özbəkistan yığmaları bu mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
4
azertag.az

5Источники