RU

Yevlaxda qəza: Şəkər çuğunduru daşıyan avtomobil idarəetmədən çıxıb dirəyə çırpıldı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Yevlax şəhərində şəkər çuğunduru daşıyan avtomobilin idarəetmədən çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, "KamAZ" markalı yük avtomobili dirəyə çırpılıb. Nəticədə avtomobildə olan şəkər çuğunduru ətrafa dağılıb və nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.

Ətrafa dağılan məhsul magistral yoldan kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
110
1
oxu.az

2Источники