ABŞ Hərbi Dəniz Qüvvələri “Tomahawk” qanadlı raketlərini inteqrasiya etmək və ekipajını onlardan istifadəyə öyrətmək üçün Yaponiyanın “Chyokai” esminesini qəbul edəcək. Esmines “Aegis” raketdən müdafiə sistemi ilə təchiz edilib.
Herbiand.az xarici mətbuata istinadən bildirir ki, təkmilləşdirmə proqramı bir il davam edəcək.
Yaponiya Müdafiə Nazirliyi rəsmilərinin bildirdiyinə görə, “Chyokai” Yokosukada ilkin təlimləri başa vurub və ABŞ-a gedir.
Bu, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin Amerika istehsalı olan “Tomahawk” qanadlı raketlərini əldə etməsində ilk praktik addımdır.
Bəxtiyar CƏFƏRLİ