RU

ABŞ-dan Moskvaya şok: “Tomahavk” Ukraynanın əlinə keçir – Kreml indi daha çox gizlənməlidir

Musavat.com xəbər verir ki, Wall Street Journal ABŞ-ın müharibəni başqa mərhələyə daşıyacaq gizli planını üzə çıxarıb. Vaşinqton artıq Ukraynaya yalnız tank və artilleriya dəstəyi ilə kifayətlənməyəcək – Rusiyanın dərinliklərindəki strateji hədəfləri vurmaq üçün kəşfiyyat məlumatı birbaşa Kiyevin ixtiyarına veriləcək.

Bununla da kifayətlənməyən ABŞ, Ukraynaya 800 -1500 kilometrlik uçuş məsafəsinə malik “Tomahawk” və “Barracuda” tipli raketlərin verilməsini gündəmə gətirib. Sadə dillə desək, Moskvanın arxa cəbhəsi artıq toxunulmaz deyil.

Vaşinqton həm də NATO müttəfiqlərinə açıq çağırış edib: “Hamınız Ukraynaya uzun mənzilli silah verin!” – mesajı ilə Qərbin birgə təzyiqi planlaşdırılır. Musavat.com -a görə, bu qərar reallaşsa, Kremlin “müharibə uzaqdadır” illüziyası tar-mar olacaq.

Qərarın hələ tam təsdiqlənmədiyi bildirilir. Amma ortada bir reallıq var: ABŞ-ın kəşfiyyatı + “Tomahawk” raketləri kombinasiyası Rusiyanın paytaxtdan tutmuş hərbi bazalaradək bütün strateji nöqtələrini hədəfə çevirə bilər.

Kreml indi daha çox “qırmızı xətlərin” arxasında gizlənməyə çalışacaq. Amma görünür, bu dəfə gizlənməyə yer də qalmır…


Musavat.com

Избранный
29
musavat.com

1Источники