Kolumbiya Prezidenti Qustavo Petro İsrail qüvvələrinin Qəzzaya doğru hərəkət edən donanmanı beynəlxalq sularda ələ keçirməsindən sonra ölkədəki İsrail diplomatik heyətini ölkədən çıxarıb.
"Cebheinfo.az" xəbər verir ki, Petro 1 oktyabrda verdiyi açıqlamada bu hadisəni “beynəlxalq cinayət” adlandırıb. O, həmçinin iki kolumbiyalı qadının beynəlxalq sularda saxlanılmasını qınayıb. Kolumbiya 2024-cü ildə İsraillə diplomatik əlaqələrini kəsmişdi.
Lakin AFP-yə danışan bir mənbəyə görə, ölkədə hələ də diplomatik statusa malik dörd israilli var idi. Bu şəxslərin ölkədən çıxarılması ilə Kolumbiya–İsrail münasibətlərində gərginlik yeni mərhələyə keçdi.