RU

Annalena Berbok: BMT inkişaf etməkdə olan ölkələr üçün “həyat sığortasıdır”

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 oktyabr, AZƏRTAC

BMT Baş Assambleyasının prezidenti Annalena Berbok oktyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, 190-dan çox dünya lideri yüksəksəviyyəli həftə ərzində Baş Assambleyanın kürsüsündən çıxış edib. Onlar dünyanın bir çox inkişaf etməkdə olan ölkəsi üçün BMT-nin “həyat sığortası” forması kimi davamlı aktuallığını vurğulayıblar.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Berbokun sözlərinə görə, bu mötəbər tədbirdə 189 ölkənin, o cümlədən 124 dövlət başçısının iştirakı dünyanın hələ də BMT-yə unikal forum kimi baxdığını göstərir. “Kiminsə bu təşkilatın hələ də vacib və ya aktual olması ilə bağlı şübhəsi varsa, zalın nə qədər izdihamlı olduğuna diqqət yetirsin”, -deyə o vurğulayıb.

A.Berbok əlavə edib ki, Baş Assambleyanın zalında liderlər Qəzza, Ukrayna, Sudan və onun hüdudlarından kənarda baş verən amansız müharibələrə toxunublar. O, həmçinin sülh və təhlükəsizliyin davamlı olaraq Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) ilə əlaqələndirildiyini qeyd edib, eyni zamanda, 2030 Gündəliyi təmin edilmədən davamlı sülhə nail olunmayacağını bildirib.

Baş Assambleya prezidentinin sözlərinə görə, müzakirələrdə, həmçinin iqlim böhranı əsrin ən böyük təhlükəsi kimi vurğulanıb və bütün xalqların onu idarə etmək üçün kollektiv səylərini tələb olunduğu qeyd edilib. Liderlərin bir çoxu açıq şəkildə bildirib ki, hərəkətsizlik BMT-nin fəaliyyəti ilə deyil, üzv dövlətlərin kollektiv iradəsinin olmaması ilə bağlıdır.

A.Berbok əlavə edib ki, BMT-də islahatlar, xüsusilə qlobal maliyyə sistemi və Təhlükəsizlik Şurası ilə bağlı təşəbbüslər həm çıxışlarda, həm də ikitərəfli görüşlər zamanı əsas müzakirə mövzularından olub. O, liderləri bu müzakirələri öz ölkələrində davam etdirməyə çağırıb: “BMT-də çıxış etmək bir şeydir. Amma sonra milli parlamentinizdə yenidən müzakirələrlə qarşılaşdığınız zaman bu, bir az fərqli səslənə bilər”.

Baş Assambleyanın prezidenti diqqətə çatdırıb ki, rəsmi çıxışlar, konfranslar və əlavə tədbirlərlə yanaşı, süni intellektin tənzimlənməsindən tutmuş qeyri-infeksion xəstəliklərlə mübarizəyə qədər aktual məsələlər araşdırılıb. Vətəndaş cəmiyyəti ekspertləri, nazirlər və gənclər səmimi debatda iştirak ediblər.

Baş Assambleyanın yüksəksəviyyəli sessiyası çərçivəsində BMT-nin Baş katibi 148 ikitərəfli görüş keçirib və 20 dəfə çıxış edib. Tədbiri işıqlandırmaq üçün 3300-dən çox jurnalist təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
azertag.az

2Источники