RU

İlon Mask tarixə düşdü - Sərvəti 500 milyard dollara çatdı

Amerikalı sahibkar İlon Mask tarixdə sərvəti 500 milyard dollar olan ilk insan olub.

Missiya.Az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.

Məlumata əsasən, sərvətin artımına əsas səbəblər arasında Tesla səhmlərinin son dövrlərdəki bərpası, Maskın süni intellekt təşəbbüsü olan xAI, eləcə də onun rəhbərlik etdiyi SpaceX şirkətinin dəyərinin yüksəlməsi göstərilir.

Qeyd edək ki, Tesla-nın səhmləri bu ilin əvvəlindən etibarən təxminən 14 % bahalaşıb.

Xatırladaq ki, İlon Maskın sərvəti 2020-ci ilin avqustunda 100 milyard dolları keçmiş, 2021-ci ilin yanvarında isə o, təxminən 190 milyard dollarla ilk dəfə dünyanın ən varlı insanı olmuşdu.

Seyranə QuliyevaMissiya.Az

Избранный
13
34
missiya.az

10Источники