RU

3 oktyabr xalqımızın tarixində dönüş nöqtəsidir - Əminə Ağazadə

Bakı.Trend:

Azərbaycan xalqının dövlətçilik tarixində 1993-cü il xüsusi önəmdaşıyan bir mərhələdir. XX əsrin sonlarında ölkəmiz böyüksınaqlarla üz-üzə qalmış, həm siyasi, həm də hərbi cəhətdən olduqcamürəkkəb bir dövr yaşayırdı. 1991-ci ildə dövlət müstəqilliyininbərpası Azərbaycan xalqının tarixi arzusu olsa da, bu müstəqilliyiqoruyub saxlamaq o dövrdə heç də asan məsələ deyildi. Ermənistanınhərbi təcavüzü, daxildə hökm sürən siyasi qeyri-sabitlik, vətəndaşmüharibəsi təhlükəsi ölkəni parçalanma həddinə gətirmişdi. Belə birhəssas məqamda xalqın təkidli tələbi ilə böyük dövlət xadimi HeydərƏliyev yenidən siyasi hakimiyyətə qayıtdı.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Əminə Ağazadə deyib.Deputat vurğulayıb ki,1993-cü ilin 3 oktyabrında keçirilənprezident seçkilərində Heydər Əliyev xalqın etimadını qazanaraqAzərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisəmüstəqil Azərbaycanın taleyində dönüş nöqtəsi oldu:

"Çünki xalq Heydər Əliyevə yalnız bir lider kimi deyil, həm dəxilaskar kimi baxırdı. Onun zəngin siyasi təcrübəsi, müdrikliyi vəqətiyyətli addımları sayəsində Azərbaycan məhv olmaq təhlükəsindənxilas oldu.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə dövlətçiliyinmöhkəmlənməsini, hüquqi, siyasi və iqtisadi islahatlarınbaşlanmasını təmin etdi. O, ilk növbədə ölkədə sabitlik yaratmağanail oldu. Hərbi sahədə ordunun formalaşdırılması, dövlətçiliyəsədaqətli zabit və əsgərlərin birləşdirilməsi ilə AzərbaycanSilahlı Qüvvələrinin əsasları qoyuldu. Bu, sonrakı illərdəAzərbaycanın müdafiə gücünün möhkəmlənməsi baxımından həllediciaddım idi.

Eyni zamanda, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu. Məhz HeydərƏliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya enerjibazarında etibarlı tərəfdaş kimi tanındı. Neft strategiyası ölkəninbeynəlxalq nüfuzunu artırmaqla yanaşı, gələcək nəsillərinfiravanlığı üçün də mühüm əsaslar yaratdı.

Heydər Əliyevin dövlət quruculuğu istiqamətində gördüyü işlərAzərbaycanı müasir, demokratik, hüquqi dövlət kimi formalaşdırdı.Onun rəhbərliyi ilə qəbul edilən yeni Konstitusiya, dövlətidarəçiliyində həyata keçirilən islahatlar, insan hüquq vəazadlıqlarının təminatı müstəqil Azərbaycanın sabit inkişaf yolunaçıxmasını şərtləndirdi".

Əminə Ağazadə qeyd edib ki, 3 oktyabr 1993-cü il hadisəsi təkcəsiyasi hakimiyyət dəyişikliyi deyildi:

"Bu, xalqın müdrik seçimiydi və Azərbaycan dövlətçiliyiningələcəyini müəyyənləşdirən mühüm tarixi dönüm nöqtəsi idi. HeydərƏliyev Azərbaycanın milli maraqlarını qoruyaraq ölkəni parçalanmaqtəhlükəsindən xilas etdi, müstəqilliyi dönməz etdi və gələcəkinkişaf üçün möhkəm zəmin hazırladı.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altındahəyata keçirilən uğurlu siyasət də Heydər Əliyevinmüəyyənləşdirdiyi strateji kursun məntiqi davamıdır. Deməli, 3oktyabr 1993-cü il hadisəsinin əhəmiyyəti yalnız həmin dövr üçündeyil, həm də müasir Azərbaycanın bugünkü uğurları üçün həllediciməna daşıyır.

3 oktyabr 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi iləhakimiyyətə qayıdışı Azərbaycan tarixində xilaskarlıq missiyası iləyadda qalmışdır. Bu tarixi hadisə müstəqil dövlətimizin sabitliyi,inkişafı və gələcək uğurları üçün ən mühüm əsaslardan biriolub".

Məqalədə:
Избранный
31
4
az.trend.az

5Источники