RU

SOCAR və SLB “Bahar” və “Qum-dəniz” yataqlarında əməkdaşlıq sənədi imzalayıb

Dövlət Neft Şirkəti (SOCAR) ilə enerji texnologiyaları şirkəti SLB Xəzər dənizində yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi və hasilatın sürətləndirilməsi məqsədilə tərəfdaşlıq sənədi imzalayıb. Bu barədə SOCAR məlumat yayıb.

Saziş çərçivəsində perspektivli hasilat zonalarının müəyyən edilməsi, rezervuar modellərinin hazırlanması, habelə Erkən Hasilat Sxemini (EPS) dəstəkləyən quyu və qazma proqramlarının layihələndirilməsi nəzərdə tutulur.

Layihə SOCAR-ın neft hasilatını artırmaq və mövcud dəniz yataqlarının istismar müddətini uzatmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Tərəflər bu təşəbbüsün əməliyyat səmərəliliyini və davamlı hasilatı təmin etməyə yönəldiyini bildirir.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın İşlənmə və Hasilat Əməliyyatları üzrə vitse-prezidenti Babək Hüseynov qeyd edib ki, tərəfdaşlıq yetkin yataqlarda qabaqcıl texnologiyaların tətbiqi ilə hasilatın optimallaşdırılması istiqamətində əhəmiyyətli addımdır. O, “Bahar” və “Qum-dəniz” yataqlarının növbəti inkişaf mərhələlərinin texniki əsaslarının bu layihə çərçivəsində formalaşacağına ümid etdiyini bildirib.

Избранный
52
anews.az

1Источники