RU

“Qarabağ” Mbappenin nailiyyətini təkrarladı KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qarabağ” klubunun oyunçusu Abdullah Zubir beş məşhur futbolçunun avrokuboklardakı nailiyyətini təkrarlayıb.

KONKRET.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi buna Danimarkanın “Kopenhagen” komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub.

Zubir ardıcıl 8-ci mövsümdə avrokubokların əsas mərhələsində qol vuran 6 oyunçudan biridir.

İspaniyanın “Real” klubunda çıxış edən Kilian Mbappe, Almaniya təmsilçisi “Bavariya”nın üzvü Harri Keyn, İngiltərənin “Liverpul” kollektivindən Məhəmməd Salah, İtaliya “İnter”indən Lautaro Martines və İspaniyanın “Atletiko” klubundan Antuan Qrizmann da bunu bacarıb.

Qeyd edək ki, “Qarabağ” ötən gün “Kopenhagen”i Tofiq Bəhramov adına Respublika stadionunda 2 cavabsız qolla üstələyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
4
konkret.az

10Источники