RU

Böyük Britaniya hökuməti ölkədəki sığınacaq sisteminə dəyişikliklər edəcək

Bakı. Trend:

Böyük Britaniya hökuməti ölkədəki sığınacaq sistemindədəyişikliklər etməyi planlaşdırır.

Trend BBC-yəistinadla xəbər verir ki, yeni qaydalara əsasən, qaçqınlar indikikimi 5 ildən sonra deyil, daha uzun müddət keçdikdən sonra daimiməskunlaşma üçün müraciət edə biləcəklər. Hökumət həmçinin sentyabrayında müvəqqəti dayandırılan, qaçqınların yaxın ailə üzvləriniavtomatik olaraq ölkəyə gətirməsinə imkan verən mexanizmin artıqtamamilə ləğv olunduğunu təsdiqləyib.

Qaçqınların Britaniyada məskunlaşması və ailə üzvləri iləbirləşməsi üçün hansı şərtləri ödəməli olacağı barədə ətraflıməlumat payızda açıqlanacaq.

Baş nazir Kir Starmer bu açıqlamanı Kopenhagen şəhərindəkeçiriləcək Avropa Siyasi Birliyi sammiti ərəfəsində verib. O,burada qeyri-qanuni miqrasiyaya qarşı mübarizə yollarını müzakirəedəcək. Hökumət mənbələrinin sözlərinə görə, Böyük Britaniyaindiyədək sığınacaq axtaranlara qarşı “həddindən artıq səxavətli”olub və indi “cəlbedici amilləri azaltmaq” niyyətindədir.

Избранный
12
2
az.trend.az

3Источники