RU

Çernobılda 3 saatlıq blekaut oldu

ain.az, Unikal.az saytına istinadən bildirir.

Kiyev bölgəsindəki Çernobıl Atom Elektrik Stansiyasında Rusiyanın hücumu nəticəsində yaranan blekaut (elektrik enerjisinin verilməsinin dayandırılması) üç saatdan çox davam edib.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Bu, onların (rusların) 20-dən çox drondan istifadə etdiyi hədəfli zərbə idi. Rusiya qəsdən radiasiya insidentləri təhlükəsi yaradır", - Zelenski vurğulayıb.

MAQATE-nin məlumatına görə, işıq kəsildikdən sonra Çernobıl Atom Elektrik Stansiyası tez bir zamanda alternativ enerji mənbəyinə keçirilib və enerji bərpa edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
unikal.az

2Источники