Azərbaycanın badminton millisi III MDB Oyunlarında növbəti matçına çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, qarışıq komanda yarışlarının yarımfinalında yığmamız Rusiya ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Finalda Rusiya, Belarusu 3:0 hesabı ilə məğlub edən Özbəkistanla üz-üzə gələcək. Həlledici qarşılaşma oktyabrın 2-də baş tutacaq.
Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.