RU

Filippində zəlzələ: 69 ölü, 200-dən çox yaralı var

Sentyabrın 30-da axşam saatlarında Filippinin mərkəzində 6,9 bal gücündə zəlzələ baş verib, nəticədə azı 69 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

XəzərNews.az xəbər verir ki, məlumatı Associated Press yayıb.

5 km təhlükəli dayaz dərinlikdə sualtı qırağın hərəkəti nəticəsində yaranan yeraltı təkanların episentri Boqo şəhərindən təxminən 19 km şimal-şərqdə yerləşir.

Zəlzələ ocağının dərinliyi az olduğundan dağıntılar ciddi olub: yaşayış binaları, kilsələr və hökumət binaları uçub. Ən böyük zərər Sebu əyalətində və qonşu rayonlarda qeydə alınıb.

Xəbər 1 dəfə oxunub.
Избранный
37
xezernews.az

1Источники